Tədqiqatçılar ilk dəfə olaraq, Mars səthindəki qum təpələri üzərində “kanallara bənzər” naxışlar aşkar ediblər. Nəticələr göstərir ki, bu və formalar günəşin yaratdığı su buxarlanması yox, əksinə səthdəki karbondioksid buzunun mövsümi əriməsi nəticəsində formalaşa bilər.
Bu kəşf xüsusi əhəmiyyətlidir çünki Marsda daha əvvəl suya bağlı proseslər əsas götürülürdü, amma indi alimlər bu tip kanalların “quru” fiziki kimya amilləri ilə də yarana biləcəyini düşünürlər. Bu isə planetdə həyat izlərinin axtarışında yeni kriteriyaların formalaşmasına səbəb ola bilər.
Alimlər Marsdakı bu qum təpələrini öyrənmək üçün Yerdəki qum təpələrindən istifadə etdiklərini bildiriblər.
Mənbə: Ars.Technica
