Alimlər Mars mənşəli olduğu bildirilən 4,48 milyard illik “Black Beauty” (NWA 7034) adlı meteoritdə su izləri aşkar ediblər. Yeni nəsil cihazlarla aparılan tədqiqat nəticəsində meteoritin daxilində yüksək miqdarda hidrogen və su komponentlərinin olduğu müəyyənləşdirilib.
Danimarka Texniki Universitetindən Estrid Naver və komandası meteoritin iç quruluşunu zədələmədən görüntüləmək üçün “X-ray CT” və “Neytron CT” adlı qabaqcıl texnologiyalardan istifadə edib.
Araşdırma zamanı meteoritin daxilində “H-Fe-ox” (hidrogenlə zəngin dəmir oksihidroksit) adlı kiçik süxur parçaları aşkarlanıb. Məlumata görə, bu hissələr nümunənin cəmi 0,4 faizini təşkil etsə də, meteoritin ümumi su ehtiyatının 11 faizini özündə saxlayır.
Mütəxəssislər bu tapıntının Marsın keçmişdə düşündüyündən daha geniş miqyasda və ehtimal ki, maye halda suya sahib olduğunu göstərdiyini bildirirlər.
Alimlər gələcəkdə Marsdan Yerə gətiriləcək nümunələrin də bu temassız tarama üsulu ilə araşdırılmasını planlaşdırır.
Mənbə: TrtHaber
