24 C
Baku
28 İyun 2025, 23:26
Baş xəbər

Martın 02-də gözlənilən hava şəraiti

Bugun.tv-nin əldə etdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman, axşam Abşeron yarımadasının şimalında az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 5-10° isti olacaq. Mənbə: meteo.az

Aynur Camal

Oxşar xəbərlər

Fatma Yıldırım qəbul keçirdi – FOTO

Aynur Camal

Kərkükdə hadisələr baş verdi! Komendant saatı elan edildi

Kəmalə Sultan

“Azərbaycan Hava Yolları” İsrailə uçuşları dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu