30 C
Baku
27 İyul 2025, 19:11
Baş xəbərSosial

Martın 26-da gözlənilən hava şəraiti

Hava haqqında

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11°, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq. Mənbə: Milli Hidrometeorologiya Xidməti

Aynur Camal

Oxşar xəbərlər

BMT: Livandakı kabusa son qoymağın yeganə yolu atəşkəsə nail olmaqdır

Aynur Camal

Qəza qırğın kimi! Hərbi maşın uçuruma yuvarlandı: 9 ölü, 20 yaralı

Aynur Camal

Emmanuel Makron Ukraynanı dəstəklədiyini bir daha bəyan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu