Baş xəbərSosial

Martın 31-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında havanın gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. Axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bugun.tv-yə Milli Hidrometeorologiya Xidmətindən verdiyi məlumata görə havanın temperaturu gecə və gündüz 4-7°, axşam 3°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil  edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8°, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötdü

Teymur Əziz

Asfalta, təkərlərin altına və səkiyə yüzlərlə mismar vuruldu! Polis tədbir gördü

Aynur Camal

Alimlərdən iqlim böhranı tədbiri: Təyyarələr daha yavaş uçmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu