15 C
Baku
24 Oktyabr 2025, 5:09
Baş xəbərHadisəKriminal

Masallıda 3 il əvvəl törədilən quldurluğun üstü açıldı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə bildirilib ki, 2020-ci ilin may ayının 26-da gecə saatlarında tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədilə Masallı rayonunun Qəriblər kəndindəki yaşayış evlərindən birinə daxil olan naməlum şəxslər ev sahibinə dəmir linglə müxtəlif bədən xəsarətləri yetirərək oradan uzaqlaşıblar.

Faktla bağlı elə həmin vaxt Azərbaycan Respublikası Cinayət Məsəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Quldurluq əməlinin törədilməsi ilə əlaqədar daxil olan əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ağali Ağayev tutulub.

Şəxsiyyəti müəyyən edilmiş digər bir nəfərin saxlanılması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Əliyev və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Aynur Camal

Meksikada 5.6 bal gücündə zəlzələ oldu!

Aynur Camal

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu