33 C
Baku
20 İyul 2025, 19:48
Dünya

Maşını səkidə gedən insanların üzərinə sürdü! Çoxlu yaralı var

İngiltərənin paytaxtı Londonda 31 yaşlı şəxs avtomobilini yanlış istiqamətə və səkiyə sürüb. Səkidə gedən insanların əzilməsi nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

İngiltərənin paytaxtı Londonda Böyükşəhər Polisinin verdiyi açıqlamada, 31 yaşlı olduğu təsbit edilən 31 yaşlı şəxsin avtomobili əks istiqamətə çıxararaq səkidə gedən piyadaları vurduğu bildirilib. Açıqlamada biri ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib.

Polis məmuru Stuart Cundy açıqlamasında, avtomobilin 31 yaşlı sürücüsünün adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanıldığını ifadə edərək, “Polis əməkdaşları hadisəyə tez reaksiya verdilər və London şəhər polisi ilə yaxından əməkdaşlıq etdilər və sürücünü yaxaladılar” bildirib.

Stuart Cundy, sürücünün avtomobilini səkiyə sürməzdən əvvəl gecə klubunda mübahisə etdiyi iddia edildiyini qeyd edərək, “Hadisənin tək bir hərəkət olduğu və terrorla əlaqəsi olmadığı da təsdiqləndi” deyib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir

Aynur Camal

Bu ölkədə turistlər üçün Covid-19 peyvənd tələbi aradan qaldırılır

Elnarə Dərziyeva

Infinix INBOOK Air noutbuku artıq satışda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu