36 C
Baku
20 İyul 2025, 15:48
Dünya

Mask beş gündə sərvətini 37 milyard dollar artırdı – bunu necə bacardı?

Bloomberg Billionaires Index-in məlumatına görə, son beş gündə amerikalı sahibkar İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.

Qeyd olunur ki, bu, 2022-ci ilin mart ayının əvvəlindən onun sərvətində ən əhəmiyyətli həftəlik artımdır. Çin texnologiya şirkəti Baidu ilə mümkün əməkdaşlıq xəbərləri Tesla səhmlərini artırdı.

Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq Bloomberg-ə görə 201,5 milyard dollara çatıb. Həmin gün Tesla səhmləri 17,76% bahalaşıb.

İlon Mask aprelin 28-də Çinə gəlib və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə görüş keçirib. “Bloomberg” xəbər verir ki, milyarder “Baidu” ilə ortaqlıq razılaşması əldə edib.

Tesla Çin şirkəti ilə birlikdə FSD avtonom sürücülük proqramı üçün xəritəçəkmə və naviqasiya sistemlərini inkişaf etdirəcək.

Agentliyin məlumatına görə, avtonom idarəetmə və sürücüyə yardım sistemləri Çində getdikcə populyarlaşır. Buna görə də Tesla ölkənin avtomobil bazarında artan rəqabətlə üzləşir və onun payı 2023-cü ilin birinci rübündəki 10,5%-dən dördüncü rübdə 6,7%-ə düşüb.

Mənbə: gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

‘DiscoverEU’ proqramı vasitəsilə Türk gəncləri də daxil olmaqla 36 min pulsuz qatar bileti

Aynur Camal

Üz dərisinə qulluqda əsas tendensiyalar

Aynur Camal

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu