Bugun.tv xəbər verir ki, Tesla dərhal Delaver əvəzinə Texasda şirkətin yenidən qeydiyyata alınması ilə bağlı səhmdar səsverməsi keçirəcək. Bu barədə avtomobil istehsalçısının rəhbəri İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Milyarderin 55,8 milyard dollar bonus ödəməsinə qadağa qoyulduqdan sonra abunəçilərin əksəriyyəti (87,1 faiz) Maskın ideyasını dəstəkləyib. Şirkət rəhbəri pulun planetlərarası səyahətləri maliyyələşdirmək üçün istifadə olunacağını iddia edib. Lakin hakim bu məbləği “anlaşılmaz” adlandırıb. Hesab edibki, pulun ödənilməsi səhmdarlara qarşı ədalətsizlikdir. Milyarder məhkəmə qərarından dərhal sonra şirkəti başqa ştatda qeydiyyatdan keçirməyə qərar verib.
Mənbə lenta.ru