Dünyaİdman

Massimiliano Alleqrinin “Yuventus”dakı taleyi məlum oldu

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri gələn mövsüm də komanda ilə işləməyə davam edəcək.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzionun saytında məlumat dərc olunub.

Turin klubunun rəhbərliyi 55 yaşlı italiyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Seçim həm texniki, həm də iqtisadi səbəblərə görə edilib. Alleqri ilə müqavilənin ləğvi “Yuventus”dan əhəmiyyətli pul təzminatı deməkdir. Klubun baş məşqçi ilə müqaviləsi 2025-ci ilə qədər etibarlıdır.

Qeyd edək ki, turnir cədvəlində turinlilər 62 xalla 7-ci yerdə qərarlaşıb. Çempionat zamanı “Yuventus”dan on xal silinib. Komanda Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb, daha sonra Avropa Liqasının yarımfinalına yüksəlib. İtaliya kubokunda “Yuventus” yarımfinalda mübarizəni dayandırıb.

Bugün TV

Oxşar xəbərlər

İran: Dubayda ABŞ hərbçilərinin toplandığı ərazi vurulub

Aynur Camal

Avropa İttifaqı süni intellekt qaydalarının tətbiqinə başlayır

Aynur Camal

Hamaneyin ölümü Avropadakı müxalif iranlıları küçələrə çıxardı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu