12 C
Baku
14 Fevral 2026, 2:28
Digər

“Mastercard”da türk romantik komediyası “Gelin Takımı 2”

Bugun.tv-yə daxil olan məlumata görə, “CineMastercard” kinoteatrlar şəbəkəsində populyar türk komediyasının çox gözlənilən davamı “Gelin Takımı 2” nümayiş olunur.

Film dörd dostun hekayəsini danışır, hansı ki, gözlənilməz hadisələr, əyləncəli vəziyyətlər və dostluqla sevgi sınaqları ilə üzləşirlər.

Uğurlu romantik komediyaları ilə tanınan rejissor Doğa Can Anafarta, yenidən möhtəşəm aktyor heyətini bir araya gətirib. Seda Bakan, Şebnem Bozoklu, Ecem Erkek və Nilperi Şahinkaya rollarına qayıdır və tamaşaçılara daha çox gülüş, duyğu və ilham bəxş edirlər. Onlara Ayşenil Şamlıoğlu, Mehmet Günsür, Emrah Altıntorpak və Fırat Çelik kimi tanınmış aktyorlar da qoşulub.

Film haqqında qısa məlumat: “Gelin Takımı 2” bir zamanlar ayrılmaz olan dörd dostun hekayəsini davam etdirir. İllər keçdikcə onların həyatı dəyişir və qarşılaşdıqları çətinliklər münasibətlərini sarsıdır, dostlar bir-birindən uzaqlaşmağa başlayır və emosional əlaqənin vacibliyini unudurlar.

Canlı atmosferi, xarizmatik qəhrəmanları və rəngarəng səhnələri ilə film tamaşaçılar üçün həqiqi kino bayramına çevrilir.

“Gelin Takımı 2” əhval-ruhiyyəni yüksəldən, əsl dostluq və sevginin hər çətinliyinə dəf edə bilən türk komediyasını yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində izləmək mümkündür.

Mənbə: rockvell.com

Aynur Camal

Oxşar xəbərlər

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu