18 C
Baku
21 Aprel 2025, 17:39
Baş xəbərMədəniyyət

“MasterChef Türkiyə” Azərbaycandan verliş çəkdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin baş sponsorluğu, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və təşkilatçılığı ilə bu gün Azərbaycan vaxtı ilə saat 21.00-da TV8 ekranlarında MasterChef Türkiyə proqramı yayımlanacaq.

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Azərbaycan mətbəxini, sivilizasiyasını, memarlığını, şəhərlərini və incəsənətini təbliğ etmək məqsədi ilə təşkil edilən proqramda yarışmaçıların səyi ilə Azərbaycan yeməkləri hazırlanacaq.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olmasından dolayı Azərbaycan sivilizasiyasını və turizm potensialını dünyaya tanıtmaq üçün MasterChef Türkiyəni Bakıya gətirdiklərini, Bakının simvollarını, mədəni mühitini və Şuşanı tanıtdıqlarını söylədi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə də təşəkkürünü bildirən Karakılıç, “MasterChef Türkiyə”in Bakıda çəkilişlərində və Azərbaycanın tanıdılmasında agentliyin böyük rolu olduğunu söylədi.

MasterChef Türkiyə bu gün Azərbaycan vaxtı ilə saat 21:00-da TV8-də yayımlanacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Avtomobilin vurduğu piyada həyatını itirdi

Bugün TV

Oktyabrın 7-dən İsrailə min ton silah və sursat gəldi

Bugün TV

ABŞ-da bir ştat azyaşlılar üçün şəbəkələrdən istifadəni məhdudlaşdırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu