20 C
Baku
28 İyun 2025, 4:28
Baş xəbər

Mayın 1-də gözlənilən hava şəraiti

Hava haqqında

Bugun.tv xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-9° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Qəzaya uğradığı avtomobildə ölü tapıldı

Bugün TV

Qəzzaya hava hücumu nəticəsində ölənlər oldu

Aynur Camal

Polisin “saxla” xəbərdarlığına tabe olmayan mühacir qaçaqmalçıları qəza törətdilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu