Baş xəbər

Mayın 13-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata əsasən, havanın temperaturu gecə 8-13°, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Koçaryanın namizədliyi Kremlin planıdır

Aynur Camal

Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

İran XİN rəhbəri ABŞ-la gizli təmas iddialarını təkzib etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu