23 C
Baku
10 İyun 2025, 0:04
Baş xəbər

Mayın 4-də gözlənilən hava şəraiti

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam əsasən şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Eyni zamanda bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10°, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək, gündüz 2-6° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Bina uçdu! 3 nəfər yaralandı! – FOTO

Bugün TV

Hər 90 saniyədən bir titrəyirdi! 9 gün davam edən müəmmalı zəlzələnin sirri açılıb

Aynur Camal

Mariya Zaxarova: “Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün əlimizdən gələni edirik”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu