17 C
Baku
10 İyun 2025, 2:17
Baş xəbər

Mayın 5-də gözlənilən hava şəraiti

Sinoptiklər

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 5-10°, bəzi yerlərdə 15° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

İki ölkə arasında təbii qaz sahəsində “Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Fərman

Bugün TV

Səpələnmiş əskinaslar camaat tərəfindən yığıldı

Aynur Camal

Narkotik, qumar və silah əməliyyatı: 17 nəzarətə alındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu