17 C
Baku
10 İyun 2025, 5:19
Baş xəbər

Mayın 7-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

“Magen David” Xeyriyyə Cəmiyyəti Heydər Əliyevlə bağlı tədbir keçirdi

Aynur Camal

Çeçenistanda atışma olub – video

Aynur Camal

Ekspertlər rus dilindən itən sözlərdən danışıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu