PSJ Liqa 1-in 26-cı turunda “Nant”ı 4:2 hesabıyla məğlub edərək, tarxinin ən yaşı bombardirinə çevirilib.
Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Kilian Mbappenin “Nant” ilə matçda əlavə vaxtın ikinci dəqiqəsində vurduğu qol, klubun 201-ci qolu olub.
Beləliklə, o, PSJ-nin keçmiş futbolçusu Edinson Kavanini qabaqlayıb və klub tarixinin ən yaxşı bombardiri seçilib.
“Burada olmaq çox özəldir. Sonuncu dəfə burada qaldığımı bildirmişdim. Klubun ən yaxşı bombardiri kimi burada olmaq şərəfdir”. PSJ-nin oyunçusu olmaq, Fransanın ən böyük klubunda bu tarixi formada oynamaq imtiyazdır”, – o bildirib.
Xatırladaq ki, Mbappe cari mövsümdə Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla, 30 qol vurub və 8 məhsuldar ötürmə edib.