14 C
Baku
17 Fevral 2026, 19:02
Dünyaİdman

Mbappe “Real Madrid”ə keçir?-AÇIQLAMA

“PSJ”nin hücumçusu Kilian Mbappe “Real Madrid”ə keçəcək. Bugun.tv xəbər verir ki, bu barədə Sports Zone məlumat yayıb.

Mənbə bildirib ki, 24 yaşlı hücumçunun bu yay transferi ilə bağlı İspaniya klubunun prezidenti Florentino Pereslə “PSJ”nin rəhbəri Naser Əl-Xelaifi arasında razılıq var. Qeyd edilir ki, “Real Madrid” Mbappe üçün 250 milyon avro ödəyəcək ki, bunun da 50 milyon avrosu bonusdur.

Futbolçunun Parisdə qalmağa və daha bir il keçirməyə hazır olduğuna dair açıqlamalarına baxmayaraq, “PSJ” rəhbərliyi qəti mövqe nümayiş etdirdi: Mbappe ya gələn yay bitəcək müqaviləni uzadacaq, ya da ayrılacaq.  Kylian isə klubun transfer bazarındakı hərəkətindən məyus olub.

Xatırladaq ki, 24 yaşlı forvard bu mövsüm “Paris Saint-Germain”in heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bugün TV

Oxşar xəbərlər

🌙 Ramazan ayının başlanğıcı üçün hilal axtarışı

Aynur Camal

Cənubi Livanda hava zərbəsi nəticəsində Hizbullah üzvü həlak olub

Aynur Camal

Kanada ABŞ üzrə baş ticarət danışıqları üçün yeni baş nümayəndə təyin edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu