3 C
Baku
15 Dekabr 2025, 0:03
Dünyaİdman

Mbappe “Real Madrid”in təklifini qəbul edəcəkmi?

“Real Madrid” 2024-cü ildə pulsuz transferlə Madrid klubuna keçəcəyi təqdirdə “PSJ”nin hücumçusu Kylian Mbappeyə imza bonusu təklif etməyə hazırdır. Bugun.tv xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappenin bu yay “Real Madrid”ə keçəcəyi ehtimalı azdır. Madrid klubu fransalının komandaya pulsuz qoşulacağı təqdirdə ona 130 milyon avro mükafat verməyə hazırdır.

Daha əvvəl “Liverpul”un Mbappe uğrunda mübarizəyə qoşulduğu bildirilirdi.

Mbappenin 2025-ci ilə qədər “PSJ” ilə müqavilənin avtomatik uzadılması variantını aktivləşdirməyəcəyi də bildirilib. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Qeyd edək ki, fransız futbolçu ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bugün TV

Oxşar xəbərlər

Huawei Mate XT təqdim edildi – dünyanın ilk üç qatlı smartfonu

Aynur Camal

Yanğın fəlakəti! Onlar alov tələsindən xilas ola bilməyiblər

Aynur Camal

Alimlər kosmosda ilk arxeoloji tədqiqat apardılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu