10 C
Baku
13 Dekabr 2024, 0:30
Baş xəbərDünya

McDonald’s məhsullarında təsbit edilən E. coli soğandan qaynaqlana bilər!

ABŞ-da McDonald’s məhsullarında təsbit edilən E. coli soğandan qaynaqlana bilər! Xəstələrin sayı artır…

ABŞ-ın 13 ştatında McDonald’s restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən E.Coli bakteriyasına görə xəstələnənlərin sayının 90-a yüksəldiyi bildirilib. Təzə doğranmış soğanın E.Coli bakteriyasının yayılmasına səbəb ola biləcəyi bildirilir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ölkənin 13 ştatında McDonald’s “Quarter Pounder” hamburgerində tapılan koli bakteriyaları haqqında yenilənmiş məlumatları açıqlayıb.

Açıqlamada bu bakteriyaya görə xəstələnənlərin sayının 90-a yüksəldiyi, 27 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən şərhdə, McDonald’s Quarter Pounder hamburgerlərində istifadə edilən dilimlənmiş soğanların bu bakteriyaya səbəb ola biləcəyi ifadə edildi.

Açıqlamada bildirilib ki, zərər çəkmiş əyalətlərdəki restoranlarda bu materialdan istifadə dayandırılıb.

CDC oktyabrın 23-də E. coli ilə xəstələnən 49 nəfərdən birinin öldüyünü elan etdi. McDonald’s bəzi ştatlarda bu hamburgerlərin satışını və şübhəli maddələrin istifadəsini dayandırdığını bildirib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

NATO-nun baş katibi vəzifəsini kim icra edəcək

İntizar Əmirova

Kamala Harris Ağ Evdə Netanyahu ilə görüşüb

Sevinc Sadıqova

Bakıda bələdiyyə binası yanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu