24 C
Baku
5 Sentyabr 2025, 5:26
Baş xəbər

Media işçilərinə müddətsiz sənəd veriləcək

Bugün.tv xəbər verir ki,  Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.

Media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə müddətsiz veriləcək.

Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə veriləcək.

Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi veriləcək.

Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunacaq.

Aynur Camal

Oxşar xəbərlər

Beyləqan rayonunda daha 3 ədəd odlu silah polisə təhvil verildi

Kəmalə Sultan

Anar müasir Azərbaycan ədəbiyyatının canlı korifeyidir – Millət vəkili

Aynur Camal

Norveç Ukraynaya 700 milyon dollar həcmində hərbi yardım etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu