7 C
Baku
21 Dekabr 2025, 11:50
Baş xəbərSiyasət

“MEDİA-nın informasiyaya ehtiyyacı var, salata deyil!”

“22 iyul Milli Mətbuat Günü ərəfəsində müşahidə edirəm ki, bir çox biznes strukturları şəhərin müxtəlif məkanlarını icarəyə götürərək jurnalistlər üçün ziyafətlər təşkil edirlər. Açığı, bu biznes dairələrinin atdığı bu addımları səmimi hesab etmirəm. Niyə? Çünki bu gün əksər media orqanlarının zəif olmasının, saytlarının funksional olmamasının, hətta media sahəsindəki “copy-paste” davalarının kökündə məhz maliyyə təminatının çox aşağı olması dayanır.

Redaksiyalar çətinliklə reklam cəlb edir, az sayda əməkdaşla fəaliyyət göstərir və imkan daxilində müəllif yazılarına qonorar ödəməməyə çalışır. Elə redaksiyalar var ki, Bakıdan kənara jurnalistini ezamiyyətə göndərməyə belə büdcəsi çatmır.

Biznes dairələri isə, bu gün ziyafətə dəvət etdikləri jurnalistlərin çalışdığı qəzetlərin əksəriyyətinə isə heç abunə də deyillər.

Ona görə düşünürəm ki, bu gün bir məclisə 7-8 min manat xərcləyən biznes subyektləri həmin vəsaiti bir redaksiyanın maddi-texniki təminatına yönəltsələr, bu daha effektiv və faydalı olar. Çünki o məclisə və yeyib-içməyə, qələminə hörmət edən jurnalistin ehtiyacı yoxdur. Ciddi media subyektinin informasiya zənginliyinə ehtiyyacı var, masa üzərinə düzülmüş salatların çeşidinə deyil”.

Aqil Məmmədov politoloq, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Əli Əsədovun baş nazir təyin edildi

Bugün TV

“Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik”

Aynur Camal

Atatürklə bağlı video paylaşan şübhəli həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu