25 C
Baku
19 İyul 2025, 23:55
Baş xəbərMədəniyyət

Media Tədris Mərkəzi tələbələrinə sertifikat verdi

Bugun.tv xəbər verir ki,  Media Tədris Mərkəzinin 6 aylıq təlimləri uğurla başa vuran tələbələri sertifikat alıb. Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində keçirilən təqdimetmədə tanınmış televiziyaçılar, məşhur aparıcılar, uzun illər peşəkar jurnalistikada imzası olan və gələcəyin jurnalistlərinə təlimlər keçən  media kapitanları iştirak ediblər.

Media Tədris Mərkəzi sertifikat verdi
Əməkdar jurnalist Nadir Azəri

Media Tədris Mərkəzinin rəhbəri Elnarə Dərziyeva tədbirdə mərkəzin qısa zaman ərzində qazandığı uğurlardan danışıb. “Öyrəndik ki, öyrədək” devizini əsas götürdüklərini deyən Əməkdar jurnalist təlimlərə qatılanlar arasında televiziya jurnalistikasına maraq göstərənlərin çox olduğunu bildirib.

Media Tədris Mərkəzi
Media nümayəndələri

“Media Tədris Mərkəzinin rəsmi qeydiyyatdan keçməsindən 2 il ötür. Tədris ocağı olaraq üzərimizə peşəkar jurnalist yetişdirmək kimi mühüm missiya götürmüşük. Düşünürəm ki, uğurlu fəaliyyətimizlə Azərbaycan mediasının inkişafına öz töhfəmizi verə bilirik. Bu işdə yaratdığım “Bu gün tv”nin də rolu böyükdür. Çünki tələbələrimiz məhz bu informasiya agentliyi ilə internet televiziyasında öyrəndiklərini praktik olaraq həyata keçirirlər, təcrübə qazanırlar. Bu gün də növbəti dəfə məzunlarımıza sertifikatlar təqdim edirik. Onu da deyim ki, biz burada yalnız düzgün yazmağı, oxumağı, peşəkar jurnalist olmağı deyil, həm də vətənini sevən, dövlətinin suverenliyi uğurunda əlindən gələni əsirgəməyən vətəndaş yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Əminəm ki, tələbələrimiz öz fəaliyyətləri ilə çalışdıqları media qurumlarında ölkəmizin inkişafı istiqamətində uğurlu nəticələrə nail olacaqlar”, – E.Dərziyeva əlavə edib.

Media Tədris Mərkəzi
Media Tədris Mərkəzinin direktoru E.Dərziyeva

Sonra çıxış üçün söz təlimçilərə verilib. Onlar MTM-in bugünkü fəaliyyətini uğurlu, lazımlı hesab ediblər.

İki il ərzində təşkil olunan təlimlərə qatılıb, jurnalistikanın müxtəlif sahələri üzrə biliklərini bölüşən media kapitanları, müasir Azərbaycan jurnalistika tarixində əməyi ilə seçilənlər tədris mərkəzinin fəaliyyətinə uğurlar diləyib, öz dəstəklərini əsirgəməyəcəklərini bildiriblər.

Jurnalist Könül Aypara

Media sahəsinə marağın günü-gündən artdığı bir dönəmdə tələbələrə sensasiya dalınca qaçmayan, öz imzasına hörmət edən, sayılan-seçilən, qərəzsiz və vicdanlı jurnalistlərdən olmağı arzulayıblar.

Sonda 6 ay ərzində təlimlərə qatılan tədbir iştirakçıları, peşəkar KİV mütəxəssisləri tədris mərkəzinin tələbələrinə sertifikatlar təqdim ediblər.

Media Tədris Mərkəzi
Tələbələrə sertifikat verilib

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən Media Tədris Mərkəzində bu sahəni əhatə edən – jurnalistika, aparıcılıq, nitq mədəniyyəti-natiqlik, operatorluq, fotoqrafiya, montajçı və sair peşələr üzrə tələbələr yetişdirilir.

Media Tədris Mərkəzi
Teleaparıcı Fəxriyyə Lilpar

Onlara ölkənin bu sahədə peşəkar, ixtisaslaşmış ali təhsil ocaqlarının müəllimləri, tanınmış media agentliklərinin rəhbərləri, televiziya mütəxəssisləri, məşhur aparıcılar, rəsmi qurumların mətbuat katibləri, ictimai-siyasi xadimlər öz sahələri (ictimai-siyasi, sosial, mədəniyyət və s.) üzrə təlimlər keçir, təcrübələrini bölüşürlər.

Media Tədris Mərkəzində tədbir
Teleaparıcı Minarə Murad

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yol davası oldu: 1 ölü, 6 yaralı var

Bugün TV

Sudan ordusu Ciddə danışıqlarına başlamaq qərarına gəldi

Bugün TV

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu