Siyasət

Medvedev: ” Rusiya özünü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etməyə hazırdır”

Medvedev xatırladıb ki, bir gün əvvəl prezident Vladimir Putin Federal Məclisdə xalqa müraciət edib. O, digər məsələlərlə yanaşı, Rusiyanın strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlərdə iştirakını dayandırdığını elan edib. “Bu qərar çoxdan gecikmişdi, mən keçən il buna işarə etmişdim”, – siyasətçi deyib.

Onun qiymətləndirməsinə görə, ABŞ və digər NATO ölkələrinin Rusiyaya qarşı elan etdiyi müharibə ilə bağlı verilən qərar bütövlükdə dünya və xüsusən də Vaşinqton üçün böyük əks-səda doğuracaq.

“Axı, Amerika isteblişmentinin indiyədək əsaslandırması belə olub: biz sizin işlərinizə qarışacağıq, Kiyev rejimini çoxlu silahlarla təmin edəcəyik, Rusiyanı məğlub etməyə və  məhdudlaşdırma çalışacağıq. Lakin strateji təhlükəsizlik ayrı bir mövzudur. Bu, ABŞ-Rusiya münasibətlərinin ümumi konteksti ilə əlaqəli deyil ”, – Medvedev qeyd edib.

Onun sözlərinə görə, bu nəticə “cinayətdən də pisdir – bu, amerikalıların ciddi səhvidir”. Siyasətçinin fikrincə, bu, onların “mania grandiosa”sından, yəni üstünlük və cəzasızlıq hissindən doğan səhvdir.

O, Putindən sitat gətirib ki, Rusiyanı döyüş meydanında məğlub etmək qeyri-mümkündür. Qeyd edib ki, “məhz buna görə də biz New START-ı (hazırda) dayandırdıq”. “Qoy reallıqla əlaqəni itirmiş ABŞ elitası nə əldə etdikləri barədə düşünsünlər. Gəlin NATO-nun digər nüvə güclərinin də reaksiyasını izləyək: Fransa və Böyük Britaniya. ABŞ və SSRİ (Rusiya) arasında müqavilələr hazırlanarkən onların strateji nüvə qüvvələri adətən nüvə başlıqları və daşıyıcıları siyahısına daxil edilmirdi, lakin bunu etməyin vaxtıdır”, – Medvedev yekunlaşdırıb

“Bütün güclərə aydındır ki, əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, biz qlobal miqyasda münaqişəyə doğru gedirik. Özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”, –  Dmitri Medvedev bildirib.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bu fikirləri Dmitri Medvedev öz Telegram hesabında qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Tramp bildirib ki, qeyri-qanuni mühacir axını ABŞ-da terror hücumları ehtimalını artırır

Bugün TV

Ukrayna qüvvələri mülki evlərdə mövqe tutan əsgər yoldaşlarını atəşə tutub?-İDDİA

Nigar Məmmədova

İsrail Qəzzanın şimalındakılardan saat 20:00-a qədər ərazisini tərk etmələrini istəyib.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu