10 C
Baku
12 Dekabr 2024, 18:36
Sosial

Mehriban Zeynalova: “Zorakılığa bəraət yoxdur”

“Zorakılığı dayandırmaq üçün doğru çalışma yollarını müəyyən etmək lazımdır. Niyə qadınlar şiddətə məruz qalırlar?
Təbii ki, mentallıq, sosial psixoloji mühit əksər vaxt zorakılığa bir başa “imkan”lar yaradır. Bu “imkanları” ın dəqiq diaqnostikası qoyulsa və layihələrin icrası zamanı o istiqamət üzrə işlər aparılarsa, bunun kökü tam kəsilməsə də, xeyli azalacaq”.

Bugun.tv xəbər verir ki, bu fikri Qadın və Uşaq Sığınacağı mərkəzinin rəhbəri Mehriban Zeynalova sosial media hesabında qeyd edib.
M.Zeynalovanın fikrincə, öncə daha riskli hədəf qrupları üçün diaqnostikanı aparmaq və onlarda zorakılığa müqavimət bacarıqlarını aşılamaq lazımdır.

“Zorakılığı elə ilk addımda “boğmaq” olar. Yetər ki, qadın əvvəlcə zorakılığı şiddət kimi qiymətləndirsin (dərk etsin), donra isə ondan xilas olmaq üçün addımlarını atsın.
Bəzən zorakılığı dayandırmağı boşanmaq kimi anlayanlar da yanılır. Siz boşansanız da, zorakılıqdan xilas ola bilməyəcəksiniz. Çünki boşanmaq çıxış yolu deyil.
Biz, sizə dəyərlərinizdən imtina edin təklifi vermirik. Biz dəyərin daxilində özünüzə qiymət verməyi unutmamağı tövsiyyə edirik”, – M.Zeynalova bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

“ASAN xidmət” Talış kəndində sosial aksiya reallaşdırdı

Kəmalə Sultan

Azərbaycanın bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb

Bugün TV

Fransada etiraz aksiyaları hər gün daha da şiddətlənir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu