16 C
Baku
24 Oktyabr 2025, 6:53
Baş xəbərDünya

Meksika döyüş meydanına çevrildi! Kartellər arasında xaos yarandı: Çoxları öldü

Şimali Amerika ölkəsi olan Meksikanın Gerrero ştatında kartellər arasında münaqişə yaşanıb. Döyüş bölgəsinə çevrilən bölgədə 2-si polis olmaqla 16 nəfər həyatını itirib. Şimali Amerika ölkəsi Meksikada zorakılıq hadisələri durmadan artmaqda davam edir. Dünən yerli vaxtla saat 05:00 radələrində ölkənin cənubundakı Gerrero ştatının Tecpan de Qaleana şəhərində atəş səsləri eşidilib.

Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada atışmaların mənbəyinin münaqişə olduğu və bu qarşıdurma zamanı 2 polisin həyatını itirdiyi, 4 polisin yaralandığı bildirilib.

Açıqlamada Milli Qvardiyanın hadisələrə müdaxilə etdiyi və 3 əsgərin yaralandığı bildirilib. Hadisə zamanı 14 kartel üzvünün həyatını itirdiyi, 11 nəfərin saxlanıldığı bildirilib.

Digər tərəfdən, çərşənbə günü Sinaloa əyalətində yerləşən Kuliakanda kartellə ordu arasında baş verən qarşıdurmada 19 kartel üzvü ölüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını baş verdi

Bugün TV

Hindistanda uçqun fəlakəti! Onlarla insan itkin düşüb: Xilasetmə işləri davam edir

Aynur Camal

Doğum günündə əlindəki şar partlayan qadının üzü yandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu