Dünya

Meksika: Merin katibi və müşaviri atışma nəticəsində həlak oldu

Meksikanın paytaxtı Mexikoda meri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz maşınında hücuma məruz qalıb.

Meksikada qorxulu anlar…

Meksikanın paytaxtı Mexiko şəhərində baş verən sui-qəsd ölkədə gündəm mövzusuna çevrilib.

Mer Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz hücuma məruz qalıb.

Quzman və Munoz, Mexikoda Calzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində maşında olarkən motosikletçinin hücumuna məruz qalıb.

İKİSİ HƏYATINI İTİRİB

Həkim qruplarının bütün səylərinə baxmayaraq, Quzman və Munoz hadisə yerində keçiniblər.

Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında “Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib” deyib.

Təcavüzkarların tapılması üçün Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi (SSPC) katibi Ömər Qarsiya Harfuka göstəriş verdiyini bildirən Şeynbaum, “Bu hadisənin məsulları cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var” deyib.

Şeynbaum Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Ximena gözəl, yorulmaz və mehriban qadın idi. Mən Pepeni uşaqlıqdan tanıyıram, o, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi”, – Bruqada açıqlamasında bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Trampdan “İran” mesajı: “Biz hücum etməsəydik, onlar edəcəkdi”

Aynur Camal

İsrailin Livana hücumları nəticəsində azı 10 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu