Meksika ilə sərhəddə yerləşən Xuarez şəhərində həbsxanaya hücum edilib.
Nəticədə 19 nəfər ölüb. Qeyd edilib ki, bu zaman bir kartel kralının iyirmi digər məhbusla birlikdə qaçmasına imkan yaradılıb.
Müdafiə naziri Luis Crescencio Sandovalın sözlərinə görə, zirehli maşınlarda hərəkət edən silahlı qrup demək olar ki, eyni vaxtda həbsxanaya və bələdiyyə polis idarəsinə də hücum edib.
Hadisə həbsxanada Yeni il ziyarətlərinə hazırlıq zamanı baş verib. Nəticədə 10 mühafizəçi, yeddi məhbus və iki hücumçunun öldüyü bildirilib.
Təhlükəsizlik naziri Rosa Icela Rodriguez mətbuat konfransında bildirib ki, “El Neto” kimi tanınan Ernesto Alfredo Pinon de la Cruz qaçması üçün təşkil edilib. O Çihuahua əyalətinin administrasiyasını sərt tənqid edib.
Federal hakimiyyət orqanları iğtişaşların qarşısını almaq üçün çağırılıb. Dövlət ittihamçısı Roberto Xavyer Duarte bildirib ki, dövlət orqanları hücuma cavab olaraq “penitensiar sistemi tamamilə təmizləyəcəklər” və korrupsiyada günahkar olanlar cəzalandırılacaqlar.
Mənbə: retures