8 C
Baku
7 Fevral 2026, 15:25
Baş xəbər

Meksikalı ufoloqun “yadplanetli fosilləri” akademikləri inandıra bilmədi

Yadplanetlilərin cəsədi təqdim olundu

Bugun.tv xəbər verir ki, jurnalist və ufoloq Jamia Maussan Meksika Konqresinin iclasında yadplanetlilərə aid olduğunu iddia etdiyi fosilləri sərgiləsə də, bu, dünyada gündəm olan mövzuya çevrilsə də, meksikalı akademiklər və tədqiqatçılar Maussanın tezislərini qeyri-elmi olaraq qiymətləndiriblər.

Meksika Milli Universitetinin akademikləri və tədqiqatçıları keçən həftə mətbuat konfransı keçirərək, Jaime Maussanın göstərdiyi və insan olmayan varlıqlara aid olduğu iddia edilən fosillərin yadplanetlilərin olma ehtimalını ehtiva etmədiyini sübut etdilər.

İclasda çıxış edən elm adamları karbon-14 sınağına qoyulan hissələrin müxtəlif dövrlərə aid qurumlardan alındığını və bu səbəbdən bir bütünü təmsil etmədiyini bildiriblər.

Maussanı elmdən istifadə edərək siyasətdə bir nöqtəyə çatmaqda günahlandıran akademiklər və tədqiqatçılar, sərgilənən mumiyaların elm adamlarının etibar etdiyi sınaqlardan keçirilməli olduğunu vurğuladılar.

İclasda iştirak edən fizika professoru Alejandro Frank ufoloq Jamia Maussanı şarlatan olmaqda ittiham edib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu