Melaniya Tramp, Rusiya-Ukrayna atəşkəsi, Oleşki şəhəri, Xerson vilayəti, humanitar yardım, mülki əhalinin təxliyəsi, Rusiya-Ukrayna müharibəsi, TRT Haber
Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında yerli atəşkəsin başladığını açıqladı

Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün Rusiya ilə Ukrayna arasında yerli atəşkəs qüvvəyə minib.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı Anadolu Agentliyinə istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp sosial şəbəkə hesabında paylaşım edərək atəşkəsin oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da başladığını bildirib. Onun sözlərinə görə, razılaşma Xerson vilayətinin Oleşki şəhərini əhatə edir və əsas məqsəd humanitar yardım karvanlarının təhlükəsiz hərəkətini təmin etməkdir.

Melaniya Tramp atəşkəsin şərtlərinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən də təsdiqləndiyini qeyd edib.

Atəşkəs humanitar məqsədlər daşıyır

Ağ Evin əvvəlki açıqlamasında Oleşkidə mülki əhalinin ağır vəziyyətdə olduğu, sakinlərin ərzaq, dərman və təmiz suya ehtiyac duyduğu bildirilib. Razılaşmanın humanitar yardımın çatdırılmasına və şəhərdən çıxmaq istəyən mülki şəxslərin təhlükəsiz təxliyəsinə şərait yaratması nəzərdə tutulur.

Rusiya Baş Qərargahının məlumatına əsasən, humanitar əməliyyatla əlaqədar oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində müvəqqəti atəşkəs tətbiq edilməli idi. Ukrayna tərəfi də Kiyev vaxtı ilə saat 03:00-dan başlayaraq müəyyən edilmiş ərazidə atəşkəs elan edəcəyini açıqlamışdı.

Qeyd edək ki, bu razılaşma bütün Rusiya-Ukrayna cəbhəsini əhatə edən ümumi atəşkəs deyil. Söhbət yalnız Oleşki şəhərində humanitar tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş məhdud ərazili atəşkəsdən gedir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Qan analizi prostat xərçəngi riskini xəstəlik aşkarlanmamışdan 15 ildən çox əvvəl göstərə bilər

Aynur Camal

Süni intellekt çiplərinə tələbat iqtisadi artımı sürətləndirir

Aynur Camal

Güclü burulğan tikinti sahəsini dağıtdı: 4 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu