Giorgia Meloni, İtaliya baş naziri, Donald Tramp, İtaliya xarici siyasəti, Avropa siyasəti, Meloni Tramp münasibətləri, G7 sammiti, İtaliya Fransa Almaniya
Dünya

Meloni: Boyun əyən İtaliya fikrinə qarşıyam

Bugun.tv xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsinin beynəlxalq arenada daha güclü və təsirli mövqedə olması gərəkdiyini bildirib.

Meloni “The New York Times” qəzetinə verdiyi müsahibədə İtaliyanın xarici siyasəti, Avropadakı mövqeyi və ABŞ Prezidenti Donald Trampla münasibətləri barədə danışıb.

Baş nazir İtaliyanın Fransa və Almaniyanın “ehtiyat oyunçusu” kimi çıxış etməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, İtaliya qərarların verildiyi masada yer almalı və beynəlxalq siyasətdə istiqamət müəyyən edən ölkələrdən birinə çevrilməlidir.

Meloni “özünü digər ölkələrdən aşağı görən, boyun əyən İtaliya” fikrinə qarşı olduğunu bildirib.

Baş nazir Donald Trampla münasibətlərinə də toxunub. Meloni miqrasiya və sosial məsələlərə dair bəzi mövzularda oxşar fikirlərə malik olduqları üçün Trampla münasibətlərin daha asan inkişaf edəcəyini düşündüyünü, lakin prosesin fərqli istiqamətdə getdiyini deyib.

Meloni bir neçə həftədir Trampla danışmadığını bildirib. ABŞ Prezidenti ilə yenidən əlaqə saxlayıb-saxlamayacağı sualına isə “Görəcəyik” cavabını verib.

İki lider arasında daha əvvəl də G7 sammiti zamanı yaranan foto mübahisəsi gündəmə gəlmişdi. Tramp Meloninin onunla şəkil çəkdirmək üçün israr etdiyini iddia etmiş, İtaliya Baş naziri isə bu fikri rədd edərək, “Mən və İtaliya heç vaxt yalvarmarıq” demişdi.

Mənbə: The New York Times

Aynur Camal

Oxşar xəbərlər

Məşhur italyan dizayneri tarixi mədrəsəni podiuma çevirdi

Aynur Camal

Su qıtlığı dərinləşir: ölkələr yeni üsullara keçir

Aynur Camal

Qeyri-adi gecələmə yerlərinin ən çox olduğu ölkə məlum oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu