Salvadorun ən böyük həbsxanası məhbusların təhvil verilməsi ilə yenidən gündəmdədir. Məhkumların köçürülməsi zamanı diqqətçəkən görüntülər ortaya çıxıb. Məhkumların yalnız alt paltarında oturduğu, ayaqlarının zəncirləndiyi qeyd edilib. Dünyanın ən böyük və məşhur həbsxanalarından birinə sahib olan Salvadorda 2 min məhbus ölkənin meqa həbsxanasına köçürülüb. 2000 məhbus həyətdə yerdə əlləri başlarının üstündə oturmuş halda görüntülənib.
Ölkədə quldur dəstələrinə qarşı mübarizə aparmaq üçün tikilən və Amerika qitəsinin ən böyük həbsxanası olan ‘Terrorçuluqla Mübarizə Mərkəzi’ prezident Nayib Bukele tərəfindən açılıb. Həbsxananı 600 əsgər və 250 polis qoruyur. Digər tərəfdən, El Salvador dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biridir.
Bununla belə, bəzi şübhəlilərin heç bir cinayətdə ittiham olunmadan həbsxanada saxlandığı iddiaları var.
Mənbə: TGRT