Bugun.tv xəbər verir ki, İzmirin Kemalpaşa rayonunda meşə yanğını baş verib. Yanğının söndürülməsinə Meşə Regional Müdirliyinə tabe olan 2 təyyarə, 4 helikopter, 12 çiləyici, 5 su təchizatı maşını, 2 dozer və 6 yer briqadası göndərilib. Yanğın 4 saat ərzində qismən nəzarətə götürülüb.
TRT Haberin məlumatına görə, ekipajlar ərazidə işlərini davam etdirir.
Müxbir: Şəms Elnurqızı
