31 C
Baku
21 İyul 2025, 12:34
DünyaHadisə

Meşədə hərbi təyyarənin qalıqları tapıldı

Bugun.tv xəbər verir ki, söhbət Polşadan gedir. Bu barədə ölkənin ədliyyə naziri Zbiqnev Ziobro bildirib. Onun sözlərinə görə, sözügedən qalıqlar paytaxt Varşavadan təxminən 270 kilometr şimal-qərbdə yerləşən Bydgoszcz şəhəri yaxınlığındakı Zamosc qəsəbəsində tapılıb.

Nazir bunun bölgə sakinləri üçün təhlükə yaratmadığını deyib. O, Qdansk şəhəri üzrə vilayət prokurorluğunun hərbi idarəsinin araşdırma apardığını bildirib. Hadisəyə ekspertlər, polis və kəşfiyyatçılar cəlb olunub.

Səlahiyyətlilər hansı avadanlıqların tapıldığı barədə təfərrüatları açıqlamayıblar.

Mənbə: TRT haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Avtomobil yük maşınının altına düşüb: 2 nəfər ağır yaralandı

Aynur Camal

Palet fabrikində yanğın baş verdi

Bugün TV

Makrondan türkcə paylaşım: Türk xalqı ilə həmrəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu