Baş xəbərDünya

Meşə yanğını: 2 min 114 nəfərə təxliyə xəbərdarlığı edildi

Yaponiyanın İvate əyalətinin Ofunato şəhərində bu gün başlayan meşə yanğını bölgədə çaxnaşma yaradıb. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, alov geniş əraziyə yayılması nəticəsində kənd yerlərində bəzi evlərə ziyan dəyib. Bölgəyə göndərilən bir çox yanğınsöndürmə briqadasının alovla mübarizəni davam etdirdiyi bildirilərkən, yanğının daha da yayılma riski səbəbiylə 873 təsərrüfatda yaşayan ən az 2114 nəfərə təxliyə xəbərdarlığı edildiyi açıqlanıb. İlkin məlumata görə, yanğın nəticəsində insan tələfatının olmadığı bildirilib.

 HƏYATA MƏNFİ TƏSİR ETDİ

Yanğın bölgədəki həyata da mənfi təsir göstərib. Tohoku Elektrik Paylayıcı Şirkəti Ofunato şəhərlərində 200-dən çox ev təsərrüfatının elektrik enerjisinin kəsilməsi ilə üzləşdiyini açıqlayıb. Sabah ehtiyat tədbiri olaraq bölgədə iki məktəbdə tədris müvəqqəti olaraq dayandırılıb. İvate prefekturası yanğınla mübarizə üçün böhran masası yaratsa da, Yaponiya Meteorologiya Agentliyi (JMA) bölgədə quru havanın təsirli olduğu və bu gün güclü küləyin gözlənildiyi barədə xəbərdarlıq edib.

Fevralın 19-dan İvate prefekturasının müxtəlif bölgələrində başlayan yanğınlar ən azı 320 hektar meşə sahəsinin məhvinə səbəb olub. Dünəndən etibarən yanğınların tamamilə söndürüldüyü açıqlanıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Britaniya Rusiyanın bir sıra maliyyə təşkilatlarına sanksiya tətbiq etdi

Kəmalə Sultan

26 oktyabrda yazıçılar birliyinin qurultayı keçiriləcək

Aynur Camal

Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu