Bugun.tv xəbər verir ki, Qazaxıstanın şərqindəki Abay vilayətində 60 min hektardan çox ərazini əhatə edən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğın nəticəsində 3 meşə işçisi həyatını itirərkən, 11 işçinin axtarış-xilasetmə işləri davam edir. Bölgədə 316 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir.
TRT Haberin məlumatına görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyunun 11-13-də Vyetnama planlaşdırılan rəsmi səfərini təxirə salıb və hökumətə yanğının daha da yayılmasının qarşısını almaq üçün bütün texniki və insan resurslarını səfərbər etməyi tapşırıb.Digər tərəfdən, prezident Tokayev Qazaxıstanın fövqəladə hallar naziri Yuri İlini vəzifəsindən azad edib.
Müxbir: Şəms Elnurqızı