28 C
Baku
10 Sentyabr 2025, 14:03
Baş xəbərDünya

Meşə yanğını fəlakəti: 3 bölgədə fövqəladə vəziyyət elan edildi

Peru prezidenti Dina Boluarte meşə yanğınlarından zərər çəkmiş 3 bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Yanğınlarda indiyədək 16 nəfər ölüb.

Prezident Boluarte açıqlamasında iyul ayından bəri San Martin, Ucayali və Amazonas bölgələrində meşə yanğınlarının davam etdiyini xatırladıb.

Boluarte bildirib ki, bu bölgələrdə fövqəladə vəziyyət elan edilib.

San Martin, Ucayali və Amazonasda 230-dan çox meşə yanğınının baş verdiyini qeyd edən Boluarte, bunların təxminən 80 faizinin nəzarət altında olduğunu bildirdi.

Yanğınların böyük əksəriyyətinin insan fəaliyyətindən qaynaqlandığına diqqət çəkən Boluarte fermerlərdən küləş yandırmağı dayandırmalarını istəyib.

Peru Mülki Müdafiə rəsmilərinin bildirdiyinə görə, iyul ayından bəri yanğınlar var.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

20-dən çox evdən oğurluq edən şəxslər saxlanıldı -VİDEO

Aynur Camal

4,5 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Co Bayden tədbirdə yıxıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu