Bugun.tv xəbər verir ki, Muğlanın Marmaris rayonunda meşəlik ərazidə yanğın baş verib. Xəbərdarlıq əsasında bölgəyə 5 helikopter, 3 təyyarə, 10 su çəni, 5 su tankeri və yanğınsöndürən göndərilib. Komandalar quruya çıxışın olmadığı ərazidə yol göstərdilər. Təxminən bir hektar meşə sahəsi zərər görüb, yanğın qrupların müdaxiləsi ilə söndürülüb.
TRT Haberin məlumatına görə, rayonda soyutma işləri davam edir.
Müxbir: Şəms Elnurqızı
