Baş xəbərHadisə

Meşə yanğınında ölənlərin sayı 15 nəfərə çatıb

Bugun.tv xəbər verir ki, Qazaxıstanın şərqindəki Abay vilayətində baş verən meşə yanğınında həyatını itirənlərin sayı 15-ə yüksəlib.Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 10-da yoxa çıxan meşə işçisi Sergey Arhipovun cansız cəsədi tapılıb.

Bundan əvvəl sözügedən işçinin yanğınsöndürmə işləri üçün traktoru ilə yola çıxdığı açıqlansa da, onunla əlaqə kəsilib.

İyunun 12-də ölkədə həyatını itirən meşə işçiləri üçün “Ümummilli matəm” elan edilib.

Bu arada, daxili işlər naziri Marat Ahmetcanov Nazirlər Şurasının həftəlik iclasında söndürmə işlərinin davam etdiyi meşə yanğınının səbəbləri ilə bağlı aparılan araşdırmalar barədə məlumat verib. O, xüsusi prokurorlar tərəfindən aparılan istintaqda təhlükəsizlik qüvvələrinin mütəxəssislərinin də iştirak etdiyini bildirib. “Araşdırma aparılır. Bundan başqa, səhlənkarlıq və ildırım vurması səbəblərinin olduğu ehtimalı var”, – deyə qeyd edib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu