Yunanıstanda yanğınlar nəticəsində 40 min hektardan çox ərazi külə dönüb.
Yunanıstan Meteorologiya Xidmətinin peyk məlumatlarına əsaslanaraq açıqladığı hesabata görə, həftə sonu Kythira adası, Euboea adası və Attika bölgəsindəki Krioneri rayonunda baş verən yanğınların vurduğu ziyan qiymətləndirilib.
Məlumata görə, Kithira adasında 26 880 hektar, Euboea adasında isə 12 810 hektar əraziyə ziyan dəyib.
Bəzi evlərin də yandığı Krioneridə 2269 hektar ərazi külə dönüb.
Yunanıstanda yüksək temperatur çoxsaylı meşə yanğınlarına səbəb olub.
Yunanıstan Yanğınsöndürmə Xidməti son 24 saat ərzində ölkə daxilində meşəlik və əkinçilik ərazilərində ümumilikdə 55 müxtəlif yanğının baş verdiyini bildirib.
Mənbə: İlkha