Bugun.tv xəbət verir ki, havaların isti keçməzi ilə əlaqədar olaraq dünyada meşə yanğınlarının sayı artıb. “TRT Haber” in məlumatına görə ABŞ-ın Havay adalarının Maui adasının meşə sahəsində baş verən yanğınlar nəticəsində ilkin məlumatlara görə çoxlu sayda insan yaralanıb və bir çox mülkə ziyan dəyib. Havay adalarının Maui adasında üç böyük yanğın davam edir. Səlahiyyətlilər, yerli mətbuata verdiyi açıqlamada, yanğınlar nəticəsində 6 nəfərin həyatını itirdiyini və xəstəxanaların yanğından zərər çəkənlərlə “doluduğunu” bildirdi. Səlahiyyətlilər, axtarış-xilasetmə işlərinin davam etdiyini və sahil mühafizə qruplarının alovdan xilas olmaq üçün suya atılan 2-si uşaq olmaqla 14 nəfəri xilas etdiyini bildirib. Maui Bələdiyyə Başçısı Richard Bissen Jr mətbuat konfransında bir çox evlərin və iş yerlərinin yanğınlar nəticəsində tamamilə məhv edildiyini və limandakı qayıqların “əhəmiyyətli dərəcədə zədələndiyini” söyləyib. Bissen Jr qeyd edib ki, Mauidə dəymiş ziyanın həqiqi ölçüsünü müəyyənləşdirmək hələ də çətindir və onlar ölənlərin sayının artmasından narahatdırlar. Ştatın ABŞ senatorlarından biri olan Brian Schatz da sosial mediada yanğınların səbəb olduğu dağıntıların çoxunun tarixi Lahaina şəhərində baş verdiyini və şəhərin “demək olar ki, tamamilə yandığını” söyləyib. ABŞ prezidenti Co Bayden Mauidə meşə yanğınları ilə mübarizəyə göstəriş verib. Bayden, Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin axtarış-xilasetmə səylərini dəstəklədiyini, Hərbi Dəniz Qüvvələrinin isə yanğınlarla mübarizə üçün “Qara Şahin” tipli helikopterlər təmin etdiyini bildirib.
Müxbir: İntizar Əmirova