16 C
Baku
28 Oktyabr 2025, 0:26
DünyaHadisə

Meşədə hərbi təyyarənin qalıqları tapıldı

Bugun.tv xəbər verir ki, söhbət Polşadan gedir. Bu barədə ölkənin ədliyyə naziri Zbiqnev Ziobro bildirib. Onun sözlərinə görə, sözügedən qalıqlar paytaxt Varşavadan təxminən 270 kilometr şimal-qərbdə yerləşən Bydgoszcz şəhəri yaxınlığındakı Zamosc qəsəbəsində tapılıb.

Nazir bunun bölgə sakinləri üçün təhlükə yaratmadığını deyib. O, Qdansk şəhəri üzrə vilayət prokurorluğunun hərbi idarəsinin araşdırma apardığını bildirib. Hadisəyə ekspertlər, polis və kəşfiyyatçılar cəlb olunub.

Səlahiyyətlilər hansı avadanlıqların tapıldığı barədə təfərrüatları açıqlamayıblar.

Mənbə: TRT haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

İlk hidrogen superyaxtası suya salındı

Aynur Camal

İsrail-İran atəşkəsdən sonra Avropada qazın qiyməti aşağı düşüb

Aynur Camal

Saxlanılan avtomobildə 1,5 ton sənədsiz tütün aşkar edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu