29 C
Baku
28 İyun 2025, 18:07
İdman

Messi ABŞ-ın ən populyar idmançısına çevrildi

Bugun.tv xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ABŞ-ın ən məşhur idmançısı olub. Bu barədə SSRS tədqiqat şirkəti məlumat yayıb.

12 yaşdan yuxarı ABŞ sakinləri arasında aparılan sorğuda Messinin keçmiş basketbolçu Maykl Cordan və keçmiş amerikalı futbolçu Tom Bredidən daha populyar olduğu ortaya çıxıb. Respondentlərin 5 faizi argentinalı hücumçuya səs verib. Bu da qələbə üçün kifayət edib.

Qeyd olunur ki, bundan əvvəl futbolçular sorğuda birinci yeri tuta bilmirdilər. Tədqiqatçıların fikrincə, Messinin Argentina millisi ilə 2022-ci il Dünya Çempionatında uğur qazanması və ABŞ-a köçməsi ona uğur qazandırıb.

36 yaşlı Messi 15 iyul 2023-cü ildə İnter Mayami komandasına qoşulub. Onun klubla müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir. Komandanın tərkibində o, Liqa Kubokunu qazanıb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Bu əşyaları Formula 1 yarışına gətirməyin!

Aynur Camal

Rövnəq Abdullayev Portuqaliyada konqresdə iştirak edəcək

Aynur Camal

Lionel Messi unikal göstəriciyə imza atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu