8 C
Baku
21 Dekabr 2025, 22:57
İdman

Messi “Barselona”nın baş məşqçisinə məsləhət verdi

Bugun.tv xəbər verir ki, Argentinanın baş məşqçisi Lionel Skaloni “Barselona”ya rəhbərlik edə bilər. Bu barədə Todofichajes məlumat yayıb.

Mənbənin öyrəndiyi kimi, baş məşqçi postuna namizədliyi İspaniya klubunun rəhbərliyinə hücumçu Lionel Messi şəxsən tövsiyə edib. Qeyd edilir ki, Skalonun gəlişi argentinalı futbolçuların “Barselona”ya cəlb olunmasına kömək edəcək. Üstəlik, bu müqavilə kluba maliyyə baxımından da sərfəli olacaq.

Bundan əvvəl “Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Onun fikrincə, kataloniyalılara istiqamət dəyişikliyinə ehtiyac var.

Skaloni 2018-ci ildən Argentina millisində çıxış edir. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Amerika Kubokunu və 2022-ci ildə Dünya Kubokunu qazanıb.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Mançester Yunayted” Höilundu almaq fikrindən daşındı

Bugün TV

“Milan” yenə büdrədi, “İnter” qalib gəldi

Bugün TV

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu