Bugun.tv xəbər verir ki, Fransanın “Paris Saint-Germain” (PSJ) komandasından ayrılan argentinalı Lionel Messi karyerasını ABŞ Futbol Liqasının (MLS) komandalarından biri olan “İnter Mayami”də davam etdirəcəyini açıqlayıb.
35 yaşlı futbolçu bu barədə İspaniya mətbuatına danışıb. ““İnter Mayami”yə keçəcəyəm. Barselonaya qayıtmağı çox istəyirdim, belə bir arzum var idi. Ancaq iki il əvvəl baş verənlərdən sonra eyni vəziyyətə düşmək istəmədim. Özümü və ailəmi düşünərək qərarımı verdim. Vermək istədim”, – Messi bildirib.Qərarında maliyyə narahatlığının təsirli olmadığını deyən Messi, “Məsələ heç vaxt pulla bağlı deyildi. Əgər belə olsaydı, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim”, – ulduz oyunçu vurğulayıb.
Mənbə: TRT Haber