35 C
Baku
20 İyul 2025, 11:07
Baş xəbərHadisə

Meşə yanğını 180 hektar əraziyə ziyan vurdu

Tavşanlı

Bugun.tv xəbər verir ki, Kütahyanın Tavşanlı rayonunda baş verən meşə yanğınında təxminən 180 hektar ərazi zərər görüb. Meşə Təsərrüfatı Regional Müdiri Erdal Dingil bildirib ki, dünən Balıkoy qəsəbəsinin Gevrekler kəndi yaxınlığında baş verən yanğın bölgəsində soyutma işləri səhərə qədər davam edib və uzun səylər nəticəsində nəzarət altına alınıb. Yanğının baş verdiyi ərazinin əsasən palıd və ardıc ağaclarından ibarət olduğunu bildirən Dingil: “112 Təcili Zəng Mərkəzinə edilən bildirişdən sonra yanğına bələdiyyələrdən göndərilmiş 29 çiləyici, 35 su təchizatı maşını, 13 dozer və yanğınsöndürən maşın, tikinti texnikası və 1 yanğınsöndürmə vertolyotu ilə müdaxilə edilib. Komandalarımızdan ibarət 1000-ə yaxın canlı qüvvə, Jandarma personalı və vətəndaşlar. Gərgin mübarizəsi ilə meşə yanğını şam ağacları və yaşayış massivlərinə keçmədən nəzarət altına alınıb. İlkin təyinatlara görə, təxminən 180 hektar palıd və ardıc sahəsi zərər görüb”.

TRT Haberin məlumatına görə, Dingil əlavə edib ki, bölgədə soyutma işləri davam edir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb

Aynur Camal

Kömür mədənində partlayış oldu: 11 nəfər öldü

Bugün TV

Katolik və protestantlar Pasxa bayramını qeyd edirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu