7 C
Baku
23 Fevral 2026, 18:41
Baş xəbərDünya

Meşə yanğınları nəticəsində 132 bina dağıldı

ABŞ-ın Kaliforniya ştatında güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğını nəticəsində 132 bina xarabalığa çevrilib.

Ventura rayonunda dünən başlayan və güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğınında 132 tikili dağılıb, 88 tikiliyə ciddi ziyan dəyib.

Ventura dairəsinin şerifi Ceyms Fryhoff bildirib ki, yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib və ya həyati təhlükəsi olmayan xəsarətlər alıb.

Kaliforniyanın cənubundakı bir neçə əyalətin səlahiyyətliləri sakinləri yanğınların yayılmasına, elektrik enerjisinin kəsilməsinə və yıxılan ağaclara görə “sayıq olmağa” çağırıb.

Meşə yanğını dünəndən etibarən təxminən 83 kvadrat kilometr əraziyə yayıldıqdan sonra Kaliforniya qubernatoru Gavin Newsom Venturada “fövqəladə vəziyyət” elan etdi.

Cənubi Kaliforniya Edison şirkəti tərəfindən edilən açıqlamada, artan risk səbəbiylə 5 rayonda təxminən 70 min müştərinin elektrik enerjisinin kəsildiyi bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ramazan qadağalarla başladı

Aynur Camal

Kim Jong Un yenidən Partiyasının lideri seçildi

Aynur Camal

Nüvə danışıqları Yenidən Cenevrədə davam edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu