Baş xəbərTexnologiya

Meta-dan Twitter-ə “cavab” proqramı gəlir!

Bugun.tv xəbər verir ki, Meta, Elon Maska məxsus Twitter-ə rəqib proqram hazırlayır. Tətbiqin 1 ay ərzində təqdim ediləcəyi gözlənilir. Şirkət yeni funksiyanı  sınaqdan keçirmək üçün artıq məşhur adlarla əlaqə saxlayıb.

Məlumata görə, Mark Zukerberq İlon Maska müharibə elan edib. Texnologiya nəhəngi Meta-nın baş direktoru Twitter-i vurmağa hazırlaşır.

Meta Threads adlı tətbiqi ilə Twitter-ə rəqib olacağını düşünür.

Keçən həftə şirkət işçilərinə mövzular təqdim edildi. Tətbiqin tanıtımı zamanı “Twitterə cavabımız” ifadələri işlədilib.

Meta yüksək profilli istifadəçilərin proqramdan ilk istifadə etməsini istəyir. Beləliklə, digər istifadəçilərin də tətbiqdən istifadə etməyə təşviq ediləcəyi təxmin edilir

Threads tətbiqində paylaşımların 500 simvolla məhdudlaşdırılması planlaşdırılır.

Beləliklə, Twitter-dən Threads-ə gələn istifadəçilərin tətbiqə daha asan uyğunlaşması hədəflənir. Zukerberqin bu addımı ilə Maskın böhranından yararlanmağa çalışdığı düşünülür.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu