Bugun.tv “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, müqavilənin dəyəri 10 milyard dollardan çoxdur ki, Zukerberqin şirkəti bu məbləği altı il ərzində ödəyəcək. İnsayderlərin fikrincə, milyardlarla dollarlıq müqavilə “Meta”ya süni intellekt sahəsində irimiqyaslı layihələrini dəstəkləmək üçün yaddaş, şəbəkə və digər “Google Cloud” xidmətləri daxil olmaqla, lazımi hesablama gücünü almağa imkan verəcək. Bu əməkdaşlıq iki texnologiya nəhəngi arasında bulud texnologiyaları sahəsində ilk böyük razılaşmadır. “Google Cloud” bazarda AWS və “Azure”dən sonra üçüncü yeri tutur.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
